Regekampf: "Kubok oyunu asan olmayacaq"

Regekampf: "Kubok oyunu asan olmayacaq"
05.03.2023 21:55
Aa
dəq

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu (4:0) şərh edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Yaxşı oyun oynadıq. Çox yaxşı başladıq. Aqressiv start verməliydik. Necə hazırlaşmışdıqsa, hamısını tətbiq edə bildik. Buna görə də futbolçularımı təbrik etdim.

Oyunçularım arxayın olmayacaq. Biz səviyyəmizi ortaya qoyduq. Həmişə belə oynamalıyıq. Kubok oyunu asan olmayacaq. Hamı bilir ki, həmin matç daha fərqli olacaq. Daha yaxşı hazırlaşacağıq. Kubok oyununun ilk matçına hələ çox var.

Lebon vingerdir. Çalışırıq ki, son oyunlar bütün futbolçuları öz mövqeyində oynadaq. Demək olar ki, zədəli futbolçu yoxdur. Çalışırıq ki, eyni heyətlə matçlara çıxaq. Məşqlərin səviyyəsi də artıb. Sevinirəm ki, Meza Kolli də artıq meydana çıxır və qol vurur. Adını dediyim futbolçular təhlükəli oyunçulardır. Emin yenidən qollar vurdu. Oyun üslubumuz daha da yaxşılaşır. Azər Əliyev yarımmüdafiəçi kimi oynadı. Bizim çoxlu variantlarımız var. Dəyişiklik olduqda yerli futbolçuları düşünməli və onlara şans verməliyik.

Emin təlim-məşq toplanışında zədələnmişdi. Müalicə almalı idi. Onun performansında eniş var idi. Son zamanlar məşqləri və oyunları ağrısız keçirir. Siz hazırda ideal Emini görürsünüz.

Bəzi şeylər var ki, siz onları yüzdə yüz əminliklə deyirsiniz. Biz rəsmi məsələlər haqda danışaq. Mən sizə nə deyə bilərəm? Bəlkə də, siz doğru deyirsiniz? Bəzi danışıqlar var ki, onlar klub və Emin arasında gedir. Mənim istəyim onun bizimlə qalmasıdır. Emin professional futbolçudur. Bu, həyatdır. Biz nə edə bilərik? Mən futbolçularımla keçirdiyim vaxtdan zövq alıram. Nəyin baş verəcəyini bilmirəm. Mahmudova qarşı bu qədər təzyiq yaratmaq lazım deyil. O, ən yaxşı qərarı qəbul edəcək. Həyat budur.

Ardıcıl 5 ev matçında qələbə qazanmaq pozitiv haldır. Ən vacib amillərdən biri qol buraxmamaqdır. Bu, daha çox qol vurmağa şans verir. Eyni zamanda, təzyiqdən qurtarır. Bunun üzərində məşqlərdə çox çalışırıq.

Vato mükəmməl oyunçu ola bilər. Onun çox yaxşı keyfiyyətləri və xarakteri var. Ona bir az da vaxt lazımdır”.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu