Regekampf: "Azərbaycan milli komandasının problemi başqadır"

Regekampf: "Azərbaycan milli komandasının problemi başqadır"
01.04.2023 21:58
Aa
dəq

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu (1:1) şərh edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Düşünmürəm ki, komandam pis oynadı. Fasilə dönəmində milli komandanın oyunçuları bizimlə deyildi. Həm də 2 mərkəz yarımmüdafiəçimiz sıralarımızda deyildi. Məncə, bitirmə zonasında daha diqqətli olmalıyıq. Daha çox qollar vurmalıyıq. Çünki epizodları qola çevirmədikdən sonra qollar buraxa bilərik. Qarşıda bizi çətin ay gözləyir. Çoxlu və vacib oyunlar var. Qarşıdakı zamanda daha diqqətli olmalıyıq. Məncə, komandam yaxşı oynayır.

Eddi İsrafilov mövsümün son oyunlarında bizə kömək olacaq. Özü də buna inanır. Bu mövsüm bitdikdən sonra o, əməliyyat keçirə bilər. Artıq bizim fiziki hazırlıq məşqçimizlə məşqə başlayıb. Ümid edirəm ki, tezliklə sıralarımıza dönəcək.

Məncə, oyunçularım yaxşı formadadır. Millinin komandanın heyətinə nəzər salsaq, orada “Qarabağ”, “Sabah” və “Neftçi”dən oyunçular var. Məncə, Azərbaycan milli komandasının problemi başqadır. Əminliklə deyə bilərəm ki, oraya gedən futbolçuların hər biri yaxşı formada olurlar”.

Rövşən Əlisoy 

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu