Almaniyanın milli komandası və "Bayer" klubunun müdafiəçisi Jonatan Tah İspaniya çempionatına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Məlumata görə, alman futbolçunun xidmətlərinə "Real Madrid" klubu maraqlıdır.
Madrid klubu mərkəzi müdafiəçilərinin zədələnməsindən sonra müdafiəni gücləndirmək istəyirlər.
Transferin yanvar ayında baş tutması ehtimalı var.
Jonatan Tahın bazar qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.
Müdafiəçinin "Bayer" ilə mövcud müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Cari Almaniya çempionatında Jonatan 10 oyun keçirib, bir qol vurub.