Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Real Madrid" və "Komo" Nikolas Pasın taleyini müzakirə edəcək

2 dəq
Paylaş:
"Real Madrid" və "Komo" Nikolas Pasın taleyini müzakirə edəcək

İspaniyanın "" klubu ilə İtaliyanın "Komo" komandası arasında argentinalı yarımmüdafiəçi Pasın gələcək karyerası ilə bağlı danışıqların vaxtı müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər oyunçunun transferi ilə bağlı məsələni həll etmək üçün bu həftənin cümə günü bir araya gələcəklər.

"Kral klubu" artıq qeyri-rəsmi şəkildə "Komo"ya öz mövqeyini çatdırıb. Belə ki, Madrid təmsilçisi Pası geri qaytarmaq niyyətindədir. Klubun əsas məqsədi futbolçunu geri alaraq, daha sonra onu daha yüksək qiymətə satmaqdır.

İlkin proqnozlara görə, "Real Madrid" 21 yaşlı oyunçu üçün təxminən 60 milyon avro civarında təzminat tələb edə bilər.

Cümə axşamı keçiriləcək görüşdə "Komo" rəhbərliyinin argentinalı istedadı ən azı daha bir komandada saxlamaq üçün son cəhdlərini edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən mövsüm bütün turnirlər daxil olmaqla 40 matçda iştirak edib. O, bu görüşlərdə 13 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax