Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana hücumlarının real xərci 50 milyard dollara çatır

2 dəq
Paylaş:
ABŞ-nin İrana hücumlarının real xərci 50 milyard dollara çatır

-nin İrana qarşı həyata keçirdiyi hücumların maliyyəti ictimaiyyətə elan edilən məbləğdən təxminən iki dəfə çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" ABŞ mediasına istinadən xəbər verir ki, Pentaqon rəsmiləri bu həftə Konqresdəki çıxışlarında əməliyyatın xərcini təqribən 25 milyard dollar olaraq göstərsələr də, bu rəqəm reallığı əks etdirmir.

Belə ki, rəsmi açıqlamalara zədələnmiş və ya itirilmiş texnikanın daxil edilməyib. Bütün zərərlər hesablandıqda isə əsl məbləğin 50 milyard dollar civarında olduğu vurğulanır.

Xatırladaq ki, fevralın 28-də Vaşinqton və Tehran arasında danışıqların getdiyi bir vaxtda ABŞ və İsrail İrana qarşı əməliyyatlara başlayıb. Buna cavab olaraq İran tərəfi İsraillə yanaşı, ABŞ-nin Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndəki hərbi bazalarına zərbələr endirib. Baş verən qarşılıqlı hücumlar nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei də daxil olmaqla, bir çox yüksək rütbəli şəxsin həlak olduğu bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax