Əsas məzmuna keç

Rayonlarda leysan yağışlar davam edir: Faktiki hava durumu

Rayonlarda leysan yağışlar davam edir: Faktiki hava durumu

Balakən-Şəki zonasında yağıntı normanı üstələyib, ölkə üzrə şimşək və güclü külək müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin son proqnozu ilə tanış olun.

en ru

Azərbaycanın əksər yerlərində arabir çaxır, yağır, yağıntılar ayrı-ayrı yerlərdə xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…