Britaniyalı milyarder Ser Richard Bransonun raket şirkəti Virgin Orbit, yeni sərmayələri təmin edə bilmədiyi üçün işçilərin 85%-ni işdən çıxaracağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, şirkət yaxın gələcəkdə fəaliyyətini də dayandıracaq.
Bu ilin əvvəlində "Virgin Orbit" şirkətinə məxsus raket Böyük Britaniya ərazisindən ilk peyk buraxılışını tamamlaya bilməyib.
İşdən çıxarılma şirkətin bütün sahələrində çalışan təxminən 675 işçiyə təsir edəcək.