Operativ Məlumat Mərkəzi

Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

1 dəq
Paylaş:
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

Qusar-Şahdağ avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Renault” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

Qəza zamanı Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər