Operativ Məlumat Mərkəzi

Qusarda iki məktəblini avtomobil vurub

1 dəq
Paylaş:
Qusarda iki məktəblini avtomobil vurub
yolu keçməyə çalışan iki məktəbli qızı avtomobil vurub.Onlar təcili Qusar rayon Mərkəzi Xəstəxanasına aparılıb.TƏBİB-dən bildirilib ki, 2009-cu il və...

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yolu keçməyə çalışan iki məktəbli qızı avtomobil vurub.

Onlar təcili Qusar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

TƏBİB-dən bildirilib ki, 2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər