Əsas məzmuna keç

Qurban Qurbanov: Rəqiblərin “Qarabağ”ı ciddiyə alması komandaya əlavə motivasiya verir

Qurban Qurbanov: Rəqiblərin “Qarabağ”ı ciddiyə alması komandaya əlavə motivasiya verir

Mən hər zaman bütün rəqiblərə yanaşmışam.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, pley-off mərhələsində “Qarabağ”ın mümkün rəqibi olan “Dinamo” (Zaqreb, Xorvatiya) barədə fikir bildirib: “Bütün fikrimizi sabahkı matça yönəltmişik. Biz necə rəqibimizi ciddiyə alırıqsa, onlar da “Qarabağ”a qarşı eyni düşüncədədirlər. Bu, komandamıza motivasiya verir”.

Mütəxəssis əməliyyat olunan Musa Qurbanlının bir həftə sonra məşqlərə başlayacağını deyib.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ”-“Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…