Operativ Məlumat Mərkəzi

Qüds yaxınlığında silahlı hücum nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB - 2

2 dəq
Paylaş:
Qüds yaxınlığında silahlı hücum nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB - 2

Qüds şəhərində atışma nəticəsində biri dinc sakin olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Təcili Tibbi Yardım Xidmətindən bildirilib.

***

Qüds yaxınlığındakı Maale Adumim qəsəbəsində magistral ərazidə üç naməlum şəxs tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

***

Qüds yaxınlığındakı Maale Adumim qəsəbəsində magistral ərazidə üç naməlum şəxs tərəfindən həyata keçirilən silahlı hücumda ən azı 8 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilib ki, terrorçu maşına minərək Yerusəlimə gedən yolda tıxacda qalan avtomobilləri avtomat silahlardan atəşə tutmağa başlayıb. Təhlükəsizlik qüvvələri hadisə yerindədir.

Hadisəni törədən 3 terrorçu zərərsizləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər