Əsas məzmuna keç

Qubad İbadoğlu məhkəməyə gətirildi

Qubad İbadoğlu məhkəməyə gətirildi

Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb. O, Cinayət...

Ötən gün saxlanılan və Partiyasının sədri İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib. O qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…