"Bayer Leverkuzen" "Benfika"nın müdafiəçisi Alexandro Qrimaldo ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
27 yaşlı ispaniyalı bir sıra La Liqa klublarından gələn təklifləri rədd edib və alman klubu üçün tibbi müayinədən keçib.
Qrimaldonun iyunda "Benfika" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Leverkuzenə keçəcək.