Qırmızı Ürəklər Fondu 3 şəhid ailəsini fərdi yaşayış evi ilə təmin etdi

Qırmızı Ürəklər Fondu 3 şəhid ailəsini fərdi yaşayış evi ilə təmin etdi
07.06.2023 11:51
Aa
dəq

Qırmızı Ürəklər Fondu tərəfindən Kürdəmir və Masallı rayonundan olan 3 şəhid ailəsinə fərdi yaşayış evləri təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evlərində ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Evlərin açarlarının təqdim edilməsi tədbirində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva və fondun əməkdaşları iştirak ediblər. 

Tədbirdə Sevda Haqverdiyeva ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, dövlət tərəfindən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi qeyd edib. O bildirdi ki, fond da dövlətin sosial sahədə həyata keçirtdiyi siyasətə hər zaman öz resursları çərçivəsində dəstək göstərməyə çalışır. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönləndirilir. Yeni evlərlə təmin olunan şəhid ailələri bu gözəl təşəbbüsə görə fonda və donorlara minnətdarlıqlarını bildiriblər.

“Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2023-cü il ərzində daha 7 şəhid ailəsinə fərdi yaşayış evləri təhvil veriləcək. Tikintisi davam edən növbəti dörd evin isə cari ilin 3-cü rübünə kimi təhvil verilməsi planlaşdırılır. 

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu