Əsas məzmuna keç

Qırğızıstanın bu bölgəsində fövqəladə vəziyyət elan edilib

Qırğızıstanın bu bölgəsində fövqəladə vəziyyət elan edilib

bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, avqustun 18-də axşam saatlarında Ceti-Oğuz, Ak-Suu, İssık-Kul və Ton...

Qırğızıstanın İssık-Kul bölgəsində yağışlar səbəbindən fövqəladə vəziyyət yaranıb, nəticədə bir neçə yol bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, avqustun 18-də axşam saatlarında Ceti-Oğuz, Ak-Suu, İssık-Kul və Ton rayonlarında güclü leysan başlayıb və nəticədə bir sıra yollar su altında qalıb. Çayların məcralarından və kanallardan daşması təhlükəsi yaranıb. Nəticədə yerli hakimiyyət Nazirliyi ilə birlikdə Ceti-Oğuz və Ton rayonlarında fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…