Əsas məzmuna keç

Qida məhsulları mayda ucuzlaşdı

Qida məhsulları mayda ucuzlaşdı

Dövlət Statistika Komitəsinin hesabatına görə, istehlak bazarında ərzaq qiymətləri enib. Bəs hansı məhsulların dəyəri azalıb? Ətraflı məlumatı oxuyun.

ru en

Bu ilin may ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətləri aprel ayına 0,1 % azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,6 % artıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ay ərzində ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartof ucuzlaşıb, digər qida məhsullarının qiymətlərində ciddi baş verməyib.

Bundan başqa, ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,9 % artıb. Ay ərzində boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena məmulatları bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb, digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı aprelə nisbətən 0,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % təşkil edib. Ay ərzində hava nəqliyyatı ilə sərnişindaşıma xidmətləri bahalaşıb, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 %, son bir ayda isə 0,1 % təşkil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…