Əsas məzmuna keç

“QHT işi” ilə bağlı Mehriban Rəhimliyə şərti cəza verilib

“QHT işi” ilə bağlı Mehriban Rəhimliyə şərti cəza verilib

Məhkəmə qərarı ilə vətəndaş cəmiyyəti fəalı Mehriban Rəhimli barəsində hökm oxunub. QHT işi çərçivəsində təqsirləndirilən şəxsə təyin olunan cəza detalları.

en ru

ABŞ-nin "German Marşal Fondunun" üzrə məsləhətçisi, QHT işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan Rəhimliyə 4 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətə şərti verilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Prosesdə həmçinin dövlət ittihamçısı da çıxış edib. O, M.Rəhimliyə 5 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi" ilə bağlı başladılan çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

M.Rəhimli barəsində istintaq müddətində nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…