HƏMAS ilə İsrail tərəfi arasında bu zolaqda atəşkəslə bağlı razılıq əldə olunmasa, Fələstinin Qəzza zolağı əhalisinə humanitar yardımın bərpası baş verə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi HƏMAS ilə razılıq əldə olunmasa belə bölgədəki insanlara humanitar yardım axınını yenidən başlatmağa hazırdır.
Bildirilir ki, humanitar yardımların radikal hərəkat tərəfdarlarının əlinə keçməməsi üçün sektora çatdırılması prosesi yeni üsulla aparılacaq.