Operativ Məlumat Mərkəzi

Qəzzanın ən böyük xəstəxanasında səhiyyə sistemi çöküb

1 dəq
Paylaş:
Qəzzanın ən böyük xəstəxanasında səhiyyə sistemi çöküb

Ötən gün Qəzza zolağında fəaliyyət göstərən ən böyük xəstəxana olan Nasser Xəstəxanasında həyati vacib tibbi xidmətlər çöküb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Təşkilatı (MSF) məlumat yayıb.

Belə ki, məlumatda hazırda yeni xəstələrin müalicəsi üçün heç bir imkanın olmadığı vurğulanıb.

"Xəstəxananın cərrahi imkanları indi demək olar ki, yox dərəcəsindədir və xəstəxanada qalan bir neçə tibb işçisi kütləvi tələfat hadisəsini (yaralıların böyük axını) əhatə etmək üçün kifayət olmayan çox aşağı təchizatla məşğul olmağa məcburdur",- deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər