İsrailin sıx hücum və blokadasını davam etdirdiyi Qəzza zolağında 350 min xroniki xəstənin dərmanlarını ala bilmədiyi bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin Mətbuat katibi Əşrəf əl-Qudra məsələ ilə bağlı açıqlama verib.
Bu xəstələrin məruz qaldığı təhlükəli sağlamlıq fəsadları barədə xəbərdarlıq edən Qudra beynəlxalq qurumları xroniki xəstələri təcili olaraq dərmanla təmin etməyə çağırıb.
O, həmçinin əməliyyat otaqlarında istifadə edilən azot qazının tükəndiyini və digər tibbi qazların ciddi çatışmazlığı olduğunu açıqlayıb.
Qəzza zolağında 350 min xroniki xəstə dərmansız qalıb
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Qəzzada ölənlərin sayı 73 mini keçdi: İsrailin hücumları davam edir
Növbəti oxuyun
Euro-Med: Qəzzada 10 mindən çox uşaq əzasını itirib
Növbəti xəbər yüklənir…