Qəzza zolağının cənubundakı Xan Yunisdə İsrail ordusunun iki həftədir mühasirədə saxladığı Nasir və Amal xəstəxanalarında vəziyyətin tam fəlakət olduğu açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qudra açıqlama verib.
Nasser və Amal xəstəxanalarında vəziyyətin pisləşdiyini və tam bir fəlakət yaşandığını bildirən Qudra, İsrailin xəstəxanalardakı xəstələrin, yaralıların və tibb qruplarının həyat təhlükəsizliyindən məsul olduğunu vurğulayıb.
Qudra Beynəlxalq Qızıl Xaç Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumlarını Xan Yunisdəki xəstəxanalardakı mülki insanları qorumağa, qida və lazımi tibbi ehtiyacları təmin etməyə çağırıb.
Qəzza Səhiyyə Nazirliyi: Mühasirəyə alınan Nasser və Amal xəstəxanalarında fəlakət baş verir
bu barədə Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qudra açıqlama verib. Nasser və Amal xəstəxanalarında vəziyyətin pisləşdiyini və tam bir...
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Qəzzada ölənlərin sayı 73 mini keçdi
Növbəti oxuyun
Qəzzada 20-dən çox xəstəxana yanacaq böhranı ilə üz-üzədir
Növbəti xəbər yüklənir…