Qətərin baş naziri "Taliban"ın rəhbəri ilə Əfqanıstanda gizli danışıqlar aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilib ki, görüş mayın 12-də Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində baş tutub. Bu, "Taliban" rəhbərinin xarici liderlə keçirdiyi ilk görüşdür.
Adının açıqlanmasını istəməyən mənbə deyib ki, Şeyx Məhəmmədin Haibatullah qarşısında qaldırdığı məsələlərə "Taliban"ın qızların təhsili və qadınların məşğulluğuna qoyduğu qadağaların aradan qaldırılması olub.
Vurğulanıb ki, ABŞ prezidenti Co Bayden danışıqlarla bağlı məlumatlandırılıb.
Ağ Ev danışıqları şərh etməkdən imtina edib. Dövlət Departamenti və Qətərin Vaşinqtondakı səfirliyi şərh tələblərinə cavab verməyib.