Əsas məzmuna keç

Qərbi Azərbaycan İcmasından sərt bəyanat

Qərbi Azərbaycan İcmasından sərt bəyanat

Fransa Senatının qətnaməsi və sülhə mane olan təxribatlara kəskin etiraz edildi. Əbu-Dabi görüşü fonunda regiondakı revanşist cəhdlərlə bağlı mühüm xəbərdarlıq...

en ru

İcması son dövrlər Ermənistanın özündə, eləcə də bəzi xarici ölkələrdə – münasibətlərinin normallaşmasına mane olmağa yönəlmiş addımları kəskin şəkildə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu mövqe icmanın yaydığı rəsmi bəyanatda əksini tapıb. Bildirilib ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv və müsbət atmosferdə keçirilən görüşü ilə eyni günlərdə bir sıra təxribatçı hadisələrin baş verməsi diqqət çəkir.

Xüsusilə Fransa Senatının Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş müharibə canilərinin azadlığa buraxılmasına çağıran qətnamə qəbul etməsi, İsveçrə parlamentinin üzvünün Ermənistanda özlərini qondarma qurumların “rəhbərləri” kimi təqdim edən şəxslərlə görüşməsi və “ məsələsi hələ bağlanmayıb” kimi açıqlamalar səsləndirməsi prosesinə açıq müdaxilə kimi qiymətləndirilib.

Bəyanatda Fransanın “azadlıq, bərabərlik, qardaşlıq” prinsiplərini təbliğ etməsinə baxmayaraq, bu ölkənin parlamentinin indiyədək Qərbi azərbaycanlıların məruz qaldığı deportasiyalar, faciələr və soyqırımı faktlarına, eləcə də Ermənistan ərazisində Azərbaycan xalqının izlərinin, tarixi və mədəni irsinin sistemli şəkildə məhv edilməsinə münasibət bildirməməsi xüsusi sual doğurduğu vurğulanıb.

Qərbi Azərbaycan İcması hesab edir ki, davamlı sülhə nail olmaq üçün ilk növbədə Ermənistan dövləti öz ərazisində artıq keçmişdə qalmış qondarma rejimə aid bütün “təsisatları” tam şəkildə ləğv etməlidir. Eyni zamanda, regiondan kənar qüvvələrin sülh prosesinə zərər vuran fəaliyyətlərini açıq şəkildə pisləyən mövqe ortaya qoyulmalıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…