Əsas məzmuna keç

Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib

Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib

bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir. "Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin...

"Son vaxtlar Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır. Bu dəfə ermənidən çox olmasıyla bütün dünyada məşhur olan Samanta xüsusi “canfəşanlıq” göstərmişdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmasının bəyanatda deyilir.

"Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indi gəlib Azərbaycanı “məcburi köçürülmə”də ittiham etməsi ikrah doğurur.

“ABŞ Qarabağdan olan etnik ermənilərlədir”, deyən S.Pauerdən soruşuruq: Bəs Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirəcəksiniz?! Azərbaycandakı mina qurbanları ilə nə vaxt həmrəylik ifadə edəcəksiniz?!

Aydındır, səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz. Buna görə də, sizin və rəhbərlik etdiyiniz, adında “yardım” sözü olan, amma müxtəlif ölkələrdə dağıdıcı fəaliyyətlə məşğul olan USAID adlanan təşkilatın mühazirələrinə ehtiyacımız yoxdur", - bəyanatda bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…