Əsas məzmuna keç

Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb

Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba...

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun silahdan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…