Qəbələ rayonunun Zarağan kəndində “ПАЗ” markalı sərnişin avtobusunun mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" FHN-in saytına istinadən xəbər verir ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.