Əsas məzmuna keç

"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib

"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib

"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Premyer Liqasında çıxış edən "Kəpəz"in formasını geyinib. "Zirə"də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Qeyd edək ki, Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Sportinq Kovilya" klublarında da çıxış edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…