“Qazprom” Rusiyanın Kursk vilayətindəki Sudja qaz nasos stansiyası Ukrayna vasitəsilə Avropaya sutkada 40,5 milyon kubmetr qaz tədarük edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Qazprom” nümayəndəsi jurnalistlərə bildirib.
"Qazprom Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Sudja qaz nasos stansiyası vasitəsilə Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə tədarük edir - dekabrın 30-na olan məlumata görə, 40,5 milyon kubmetr.
Ukrayna ərazisindən keçən tranzit xətti Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə çatdırılmasının yeganə yolu olaraq qalır. “Şimal axını” qaz kəmərindən nəqletmə tamamilə dayandırılıb. “Türk axını” qaz kəməri ilə qaz nəqli Türkiyə, Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub.