Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işində iki nəfər- Elşən Ağayev və Namiq Babayev zərərçəkmiş qismində tanınıb.
Hakim Vüsal Tağıyevin icraatına verilmiş iş üzrə hazırlıq iclası iyulun 20-nə təyin edilib.