Əsas məzmuna keç

KMBİ qanunsuz onlayn kazino əməliyyatlarına görə 3 nəfəri saxladı

KMBİ qanunsuz onlayn kazino əməliyyatlarına görə 3 nəfəri saxladı

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatda qanunsuz mərc oyunları təşkil edən daha 3 şübhəli saxlanılıb. İstintaq detalları buradadır.

en ru

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qanunsuz əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan "Xbet", "MostBet" və "Vimpay" platformaları vasitəsilə vətəndaşları qanunsuz oyunlarına cəlb etdikləri müəyyən olunub.

Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…