Operativ Məlumat Mərkəzi

Qazaxıstan Qələbə Günü münasibətilə hərbi paradı ləğv edib

1 dəq
Paylaş:
Qazaxıstan Qələbə Günü münasibətilə hərbi paradı ləğv edib
bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. “2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət və digər...

Qazaxıstan Müdafiə Nazirliyi bu il 7 mayda qeyd olunan Vətən Müdafiəçiləri Günü və 9 May Qələbə Günü münasibətilə hərbi parad keçirməyi planlaşdırmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət və digər problemlərin həlli zərurətinə görə planlaşdırılmır. Xüsusən də ölkə Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığı və mobillik səviyyəsinin lazımi səviyyədə saxlanılması prioritetdir”, - deyə nazirlikdən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər