Operativ Məlumat Mərkəzi

Qazaxıstan Prezidenti TDT-nin Kibertəhlükəsizlik Şurasının təsis edilməsini təklif edib

1 dəq
Paylaş:
Qazaxıstan Prezidenti TDT-nin Kibertəhlükəsizlik Şurasının təsis edilməsini təklif edib
bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib....

Azərbaycan və Ermənistan arasında sülhlə bağlı birgə bəyanatın imzalanmasını təqdir edirəm.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qazaxıstan Prezidenti bildirib ki, bu mühüm addım 30 illik münaqişənin həllində həlledici rol oynayacaq.

“Qazaxıstan TDT+ formatını təklif edir. Bununla biz təşkilatımızın nüfuzunu artırmış olarıq. Eyni zamanda, Kibertəhlükəsizlik Şurasının təsis edilməsini də təklif edirəm”, - Tokayev vurğulayıb.

Bu il TDT maliyyə nazirlərinin iclasının keçiriləcəyini qeyd edən Qazaxıstan Prezidenti deyib ki, Türk ticarət palatası mühüm əhəmiyyətə malikdir:

“Türk İnvestisiya Fondunun da fəaliyyətinin də imkanlarından geniş istifadə etməliyik”, - o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər