İdarə etdiyi "Land Rover Velar" markalı avtomobillə yol hərəkət qaydasını pozaraq sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı saxlanılıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
O, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.