Qarabağdakı layihələrdə iştirak üçün 442 xarici şirkət müraciət edib

Qarabağdakı layihələrdə iştirak üçün 442 xarici şirkət müraciət edib
23.07.2024 14:04
Aa
dəq

İyulun 15-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən 2 058 layihədə iştirak etmək üçün 2 107 müraciət daxil olub ki, onlardan 442-si xarici şirkətlərdəndir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Azərbaycan və Vyetnam sahibkarları ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 63 milyon ABŞ dollarını ötüb:

“Amma hazırkı ixrac həcmimiz nisbətən aşağıdır. Qeyri-neft ixracımızın artırılması istiqamətində fəal işləyirik. Biz yerli ixracatçıları dəstəkləmək üçün ixracın təşviqi mexanizmlərini tətbiq etməklə ticarət əlaqələrimizi inkişaf etdirməyə çalışırıq”.

O əlavə edib ki, AZPROMO Vyetnam şirkətlərinə Azərbaycanda biznes qurmaq üçün lazımi resurs və təlimat verməklə onlara kömək etməyə hazırdır:

“Azərbaycanın güclü investisiya potensialı var. Ölkədəki xüsusi iqtisadi və sənaye zonaları, həmçinin aqroparklar və azad iqtisadi zonaları ilə 10 ilədək müxtəlif vergi güzəştləri kimi əhəmiyyətli imtiyazlar təklif edir”.

Həftənin ən çox oxunanları

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi MƏHDUDLAŞDIRILDI

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi MƏHDUDLAŞDIRILDI
DAVAMIN OXU davamın oxu

Prezident Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu