Əsas məzmuna keç

“Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib”

“Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib”

“Beynəlxalq Qızıl Xaç Komitəsi () Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BQXK-nin nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.

İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…