Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib
24.07.2023 20:30
Aa
dəq

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan - Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə sahiblərinə notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı nazirliyin mobil tətbiqləri vasitəsi ilə əlavə sənəd tələb olunmadan elektron informasiya resursları əsasında ədliyyə xidmətləri göstərilib.

Səyyar qəbullar zamanı, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətlərindən istifadə imkanları diqqətə çatdırılıb, müvafiq bukletlər paylanılaraq onları maraqlandıran suallar cavablandırılıb.

"Vətəndaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirərək yerlərdə belə xidmətlərin təşkilini rəğbətlə qarşılayıblar", - məlumatda vurğulanıb.

Həftənin ən çox oxunanları

Şərti sərhəddə nə baş verir? - Ermənistan təxribata HAZIRLAŞIR - FOTO

Şərti sərhəddə nə baş verir? - Ermənistan təxribata HAZIRLAŞIR - FOTO
DAVAMIN OXU davamın oxu

Laçınlılara ŞAD XƏBƏR VAR

Laçınlılara ŞAD XƏBƏR VAR
DAVAMIN OXU davamın oxu

Putin Laçın ilə bağlı ŞAD XƏBƏR VERDİ

Putin Laçın ilə bağlı ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu

Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
DAVAMIN OXU davamın oxu

Prezident ŞAD XƏBƏR VERDİ

Prezident ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu