"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-in qonağı olub.
"Bolt Arena"dakı qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov, 56-cı dəqiqədə Yassin Benzia vurub. Meydan sahiblərində Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib. Kevin Kuassivi-Benissan isə 17-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Helsinki klubunu azlıqda qoyub.
İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.
19:03 ***
Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək HİK və "Qarabağ"ın start heyətləri bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,
Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,
Baş məşqçi: Toni Korkeakunnas
Qeyd edək ki, "Bolt Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.
Report