Əsas məzmuna keç

“Qarabağ” “Şamaxı” səfərində 2:1 hesabı ilə qələbə qazandı

“Qarabağ” “Şamaxı” səfərində 2:1 hesabı ilə qələbə qazandı

Misli Premyer Liqasında Ağdam klubu Şamaxı səfərindən 3 xalla dönür. Kamilo Duran və Joni Montielin qolları ilə qazanılan gərgin zəfərin detalları xəbərimizdə.

en ru

Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk qarşılaşmasında “” səfərdə “”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan matç klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Oruc Məmmədov açıb. 4 dəqiqə sonra qonaqların heyətində Joni Montiel fərqlənib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Kamilo Duran qoyub.

Bu nəticədən sonra Ağdam təmsilçisi 42 2-ci sırada qərarlaşıb. Şamaxının eyniadlı klubu isə 23 xalla 8-cidir.

Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda 24 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…