Əsas məzmuna keç

"Qarabağ" onu transfer etdi - FOTO

"Qarabağ" onu transfer etdi - FOTO

“Qarabağ” klubu növbəti transferini reallaşdırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən...

“” klubu növbəti transferini reallaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.

Klubla 24 yaşlı polşalı qolkiper arasında "3+1" illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya"da (Varşava) forma geyinib.

Qeyd edək ki, Mateuş Koxalski bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…