“Qarabağ”ın hücum tandemi Messi-Mbappe cütlüyündən daha məhsuldardır

“Qarabağ”ın hücum tandemi Messi-Mbappe cütlüyündən daha məhsuldardır
25.04.2023 16:45
Aa
dəq

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında birlikdə 38 qol vurublar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Azərbaycan millisinin üzvləri müvafiq olaraq hərəyə 20 və 18 dəfə rəqib qapılarına yol tapıblar.

Avropanın “Top-5” liqalarında yalnız bir tandem bundan çox qola imza atıb. “Mançester Siti”nin İngiltərə Premyer Liqasındakı ən məhsuldar oyunçuları olan Erlinq Holann və Fil Foden rəqib qapıçıları birlikdə 41 dəfə məyus ediblər.

“Böyük beşlik” ölkələrində bu baxımdan ikinci sırada Fransa çempionatının ulduzları Kilian Mbappe və Lionel Messi qərarlaşıblar. PSJ-nin hücumçularının Liqa 1-də ümumi qol sayı 37-dir ki, bu, Qurbanlı-Şeydayev tandemindən 1 top azdır.

“Top-5” liqaların ən məhsuldar 5 tandemi:

İngiltərə Premyer Liqası: 41 qol (“Mançester Siti”) - Erlinq Holann (32) / Fil Foden (9)

Fransa Liqa 1-i: 37 qol (PSJ) – Kilian Mbappe (22) / Lionel Messi (15)

İtaliya A seriyası: 33 qol (“Napoli”) - Viktor Osimxen (21) / Xviça Kvaratsxeliya (12)

İngiltərə Premyer Liqası: 32 qol (“Tottenhem”) – Harri Keyn (24) / Xın Min Son (8)

Fransa Liqa 1-i: 29 qol (“Monako”) – Vissam Ben Yedder (17) / Bril Embolo (12)

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu