Qara dənizdəki “müvəqqəti dəhliz” işini bərpa edib

Qara dənizdəki “müvəqqəti dəhliz” işini bərpa edib
27.10.2023 14:04
Aa
dəq

Türkiyə, Panama və Liberiya bayraqları altında üzən dörd yük gəmisi Odessa limanlarını tərk edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, taxılla yüklənmiş “Manassa Queen” və “Propus” (hər ikisi Panama), “Gloria G” (Liberiya) və “Iasos” (Türkiyə) gəmiləri İstanbul boğazına doğru istiqamət götürüb.

Oktyabrın 26-da Ukrayna Dəniz Limanları Administrasiyası Qara dənizdə “müvəqqəti dəhlizin” fəaliyyətinin təhlükəsizlik mülahizələrinə əsasən bir gün dayandırıldığını elan etmişdi. Administrasiyanın məlumatına görə, buna Qara dəniz üzərində Rusiyaya məxsus aviasiyanın aktivləşməsi səbəb olub. Ukraynanın İnfrastruktur Nazirliyi isə hazırda Odessa limanlarında 23 gəminin yükləndiyini bildirib.

Qeyd edək ki, Ukraynanın Qara dənizdə yerləşən Çernomorsk, Odessa və Yujnıy limanlarına üzən ticarət gəmiləri üçün “müvəqqəti dəhliz” avqust ayından fəaliyyət göstərir. Bununla belə, marşrut üzrə hərbi təhdid və mina təhlükəsi mövcuddur. “Taxıl sazişi” qüvvədən düşdükdən sonra Ukrayna limanından ilk yük gəmisi avqustun 16-da yola çıxıb.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu