Operativ Məlumat Mərkəzi

Qara dənizdəki “müvəqqəti dəhliz” işini bərpa edib

2 dəq
Paylaş:
Qara dənizdəki “müvəqqəti dəhliz” işini bərpa edib
taxılla yüklənmiş “Manassa Queen” və “Propus” (hər ikisi Panama), “Gloria G” (Liberiya) və “Iasos” (Türkiyə) gəmiləri İstanbul boğazına doğru istiqamət...

, Panama və Liberiya bayraqları altında üzən dörd yük gəmisi Odessa limanlarını tərk edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, taxılla yüklənmiş “Manassa Queen” və “Propus” (hər ikisi Panama), “Gloria G” (Liberiya) və “Iasos” (Türkiyə) gəmiləri İstanbul boğazına doğru istiqamət götürüb.

Oktyabrın 26-da Dəniz Limanları Administrasiyası Qara dənizdə “müvəqqəti dəhlizin” fəaliyyətinin mülahizələrinə əsasən bir gün dayandırıldığını elan etmişdi. Administrasiyanın məlumatına görə, buna Qara dəniz üzərində Rusiyaya məxsus aviasiyanın aktivləşməsi səbəb olub. Ukraynanın İnfrastruktur Nazirliyi isə hazırda Odessa limanlarında 23 gəminin yükləndiyini bildirib.

Qeyd edək ki, Ukraynanın Qara dənizdə Çernomorsk, Odessa və Yujnıy limanlarına üzən ticarət gəmiləri üçün “müvəqqəti ” avqust ayından fəaliyyət göstərir. Bununla belə, marşrut üzrə hərbi təhdid və mina təhlükəsi mövcuddur. “Taxıl sazişi” qüvvədən düşdükdən sonra Ukrayna limanından ilk yük gəmisi avqustun 16-da yola çıxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax