Əsas məzmuna keç

Türkiyə və Ukrayna prezidentlərinin telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentlərinin telefon danışığı olub

bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya...

Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezidenti Volodimir Zelenski arasında olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini, Türkiyənin müharibəni davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, Türkiyənin sülhün bərqərar olması ilə yanaşı, Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə zəmin yaradacaq yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Prezident Ərdoğan Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…