"Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlu "Benfika"ya keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı türklə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Aktürkoğlu 2020-ci ildən "Qalatasaray"da çıxış edir. O, komandanın heyətində 179 oyun keçirib, 46 qol vurub və 42 məhsuldar ötürmə edib.