“Qaçqınkom”un sədri vətəndaşların müraciətlərini dinləyib

“Qaçqınkom”un sədri vətəndaşların müraciətlərini dinləyib
06.08.2024 17:42
Aa
dəq

Avqustun 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirildiyi bildirilib. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Komitə sədrinin fərdi qaydada görüşdüyü məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Həftənin ən çox oxunanları

Şuşaya növbəti köç baş tutub - FOTO

Şuşaya növbəti köç baş tutub - FOTO
DAVAMIN OXU davamın oxu

Şuşada 32 ildən sonra ilk toy - FOTO

Şuşada 32 ildən sonra ilk toy - FOTO
DAVAMIN OXU davamın oxu

"Sentyabrın 5-i saat 09:55-də..." - MN TƏCİLİ MƏLUMAT YAYDI!

DAVAMIN OXU davamın oxu

Bakıda Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Bakıda Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb
DAVAMIN OXU davamın oxu

"Sentyabrın 4-ü saat 19:35-də..." - MN TƏCİLİ MƏLUMAT YAYDI!

DAVAMIN OXU davamın oxu