Oktyabr ayında Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın söhbəti onu Ukraynaya “Tomaqavk” raketləri verməməyə inandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən "The Wall Street Journal" məlumat yayıb .
Onların məlumatına görə, Tramp əvvəllər Kiyevə raketlərin verilməsinin rasionallığına şübhə etsə də, məhz Rusiya prezidenti ilə söhbəti onu bu cür silahların Ukraynaya ötürülməsini dəstəkləməməyə inandırıb.
Xatırladaq ki, Putin və Tramp arasında söhbət 16 oktyabrda baş tutub.
Söhbət zamanı Putin Trampa bildirib ki, Kiyev rejiminə “Tomaqavk” raketlərinin verilməsi Rusiya-ABŞ münasibətlərinə və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə zərər vuracaq.
Putinlə telefon danışığından sonra Tramp bəyan edib ki, Vaşinqton Kiyevə tədarüklər edərək öz “Tomaqavk” ehtiyatlarını tükəndirməməlidir.