Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Rusiya lideri sui-qəsd cəhdindən sonra Trampı dəstəklədiyini bildirib və cinayəti qəti şəkildə pisləyib.
Uşakov həmçinin qeyd edib ki, iki lider Ukraynadakı münaqişəni müzakirə ediblər. Rusiya prezidenti Vladimir Putin Qələbə gününə qədər atəşkəs elan etməyə hazırdır.
Onun sözlərinə görə, Putin bu barədə telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampı məlumatlandırıb.
Uşakov Trampın Putinin atəşkəs təklifini dəstəklədiyini söyləyib.
"Rusiya prezidenti telefon danışığı zamanı bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya Ukraynaya 20 mindən çox meyit verib, Ukraynadan 500-dən bir qədər çox meyit alıb.
Putin Ukrayna münaqəsinin danışıqlar yolu ilə həll üçün Zelenskinin əvvəllər müəyyən edilmiş təkliflərə müsbət cavab verməli olduğunu söyləyib.
Putin Trampa Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət barədə də məlumat verib.
Keml rəhbəri bundan başqa, Trampa xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacağını və Rusiyanın bunu danışıqlar yolu ilə etməyi üstün tutduğunu söyləyib", - Uşakov qeyd edib.