Putinin Bakıdakı proqramı BƏLLİ OLDU

Putinin Bakıdakı proqramı BƏLLİ OLDU
18.08.2024 20:50
Aa
dəq

Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərini, habelə beynəlxalq və regional gündəmin aktual məsələlərini müzakirə edəcək.

Rusiya liderinin cədvəlindəki əsas rəsmi və iş tədbirləri avqustun 19-na planlaşdırılır. Prezident ənənəvi olaraq Fəxri Xiyabanı ziyarət edəcək və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyacaq.

Sonra Putin Şəhidlər Xiyabanında gedəcək və Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edəcək.

Dövlət səfərinin proqramı Rusiya liderinin Prezident İlham Əliyevlə rəsmi görüşündən başlayacaq. Mərasim Zaqulbada baş tutacaq.

İki dövlət başçısının əvvəlcə təkbətək danışacağı, sonra Rusiya-Azərbaycan danışıqlarının geniş tərkibdə davam etdiriləcəyi planlaşdırılır.

Danışıqların yekunlarına əsasən liderlərin birgə bəyanatı qəbul ediləcək, həmçinin bir neçə hökumətlərarası və digər sənədlər imzalanacaq.

İmzalanma mərasimi başa çatdıqdan sonra Vladimir Putin və İlham Əliyev danışıqların yekunları barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat verəcəklər.

Daha sonra Putin Ağ Şəhər layihəsi ilə tanış olacaq.

Liderlər birlikdə Ağ şəhər ərazisini gəzəcək və sonra katedralı ziyarət edəcəklər.

Səfərin sonunda ali qonağının şərəfinə dövlət ziyafəti veriləcək.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı Aİ-yə cavab verib

Rəsmi Bakı Aİ-yə cavab verib
DAVAMIN OXU davamın oxu

Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan XİN Paşinyana cavab verib
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Ukrayna XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Ukrayna XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığına etiraz

Rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığına etiraz
DAVAMIN OXU davamın oxu