Əsas məzmuna keç

Rusiya təyyarəsi Lənkəran hava limanına eniş etdi

Rusiya təyyarəsi Lənkəran hava limanına eniş etdi

FHN-in İl-76 hava gəmisi 13 ton tibbi ləvazimatla ölkəmizə gəlib. Vladimir Putin İlham Əliyevə Astara üzərindən tranzitə görə təşəkkür edib. Daşınmanın detalları:

ru en

İrana göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Hava Limanında yerə enib.

On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.

Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…