Putin və Paşinyan Ermənistanın Qərblə yaxınlaşmasını müzakirə ediblər

Putin və Paşinyan Ermənistanın Qərblə yaxınlaşmasını müzakirə ediblər
17.01.2025 18:01
Aa
dəq

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında İrəvanın Avropa İttifaqı istiqamətində addımlarını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nikol Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib.

Qeyd olunur ki, dialoq Paşinyanın təşəbbüsü ilə baş tutub. Ali Avrasiya İqtisadi Şurasının dekabr iclası kontekstində müzakirə aparılıb. İki ölkə liderləri gələcək əməkdaşlığı müzakirə ediblər.

Həftənin ən çox oxunanları